ABŞ dövlət katibi Entoni Blinken və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Bizim.Media xarici KİV-ə istinadən xəbər veir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.
N.Prays bildirib ki, tərəflər bir sıra məsələləri, həmçinin NATO xarici işlər nazirlərinin noyabrın 29-30-da Buxarestdə keçiriləcək görüşündən əvvəl Ukraynaya əlavə yardımı müzakirə ediblər.
“Onlar Şimali Atlantika Alyansının müdafiəsinin gücləndirilməsini müzakirə ediblər. Həmçinin, Finlandiya və İsveçin NATO-ya qoşulmasına dəstəklərini ifadə ediblər” – deyə N.Prays vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:14 / 22.11.2022
Blinken və Stoltenberq arasında telefon danışığı olub – Onlar nəyi müzakirə edib?
Hazırda oxunan: Blinken və Stoltenberq arasında telefon danışığı olub – Onlar nəyi müzakirə edib?
Hazırda oxunan: Blinken və Stoltenberq arasında telefon danışığı olub – Onlar nəyi müzakirə edib?
105777
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.