Suriyada girov düşən britaniyalı jurnalistdən 10 ildir ki, xəbər yoxdur

Suriyada girov düşən britaniyalı jurnalistdən 10 ildir ki, xəbər yoxdur

Hazırda oxunan: Suriyada girov düşən britaniyalı jurnalistdən 10 ildir ki, xəbər yoxdur

105771

10 ildir ki, britaniyalı fotojurnalist Con Kantlin Suriyada İslam Dövləti yaraqlılarının girovluğundadır.

Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu “BBC” media resursu məlumat yayıb.

Qeyd edilib ki, o, öldürülmə videosu yayılmayan yeganə girovdur.

Britaniyalı fotojurnalistin yoxa çıxması hər kəsi təəccübləndirib. Belə ki, onun taleyi hələ də sirr olaraq qalır. Hətta ailəsi Conun dəfn mərasimini belə keçirib.

Qeyd edək ki, fotojurnalist 2012-ci ildə Əfqanıstan və Himalay da daxil olmaqla ən ucqar yerlərdə işlədikdən sonra vətəndaş müharibəsini lentə almaq üçün Suriyaya gedib.

O, amerikalı jurnalist Ceyms Foli ilə birlikdə nəzarət-buraxılış məntəqəsində girov götürülüb. Həmin vaxt onun 42 yaşı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO