Azərbaycan musiqiləri Nyu-Yorkda səslənəcək

Azərbaycan musiqiləri Nyu-Yorkda səslənəcək

Hazırda oxunan: Azərbaycan musiqiləri Nyu-Yorkda səslənəcək

105595

22 noyabr 2022-ci il tarixində təsisçisi, pianoçu Nərgiz Əliyarovanın rəhbərlik etdiyi Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti Nyu-Yorkun "Karneqi-holl" zalında “Dostluq körpüləri” adlı konsert təqdim edəcək.

Bizim.Media xəbər verir ki, Azərbaycan, yəhudi və türk bəstəkarlarının musiqilərinin səsləndiriləcəyi konsertin ideyası klassik musiqi dünyası vasitəsilə bu üç icmanın dostluq əlaqələrini daha da gücləndirməkdir.

Dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunan tədbirdə dirijor Fuad İbrahimovun rəhbərliyi altında Nyu-York Beynəlxalq Virtuoz Orkestri (NYIVO) ilə birlikdə dünya şöhrətli musiqiçilər - skripkaçı Aleksandr Markov və pianoçu Nərgiz Əliyarova iştirak edəcəklər.
Tədbirdə “Qremmi” mükafatına layiq görülmüş türk bəstəkarı Faruk Kancın “Vox in Terra” mahnısının dünya premyerası, həmçinin Fikrət Əmirovun bəstəkar Elmira Nəzirova ilə birgə yaratdığı fortepiano və orkestr üçün ərəb mövzularında ABŞ-da premyera konserti olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO