İsveç səfiri Türkiyə XİN-ə çağırıldı

İsveç səfiri Türkiyə XİN-ə çağırıldı

Hazırda oxunan: İsveç səfiri Türkiyə XİN-ə çağırıldı

105573

İsveçin Ankaradakı səfiri Staffan Herrström PKK tərəfdarlarının Stokholmda keçirdiyi aksiya ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. 

Bizim.Media “NTV” telekanalına istinadən xəbər verir ki, bu barədə diplomatik mənbədən bildirilib. 

Bildirilib ki, İsveçin paytaxtında PKK tərəfdarlarının nümayişi keçirilib. Türkiyə Hərbi Hava Qüvvələrinin Şimali İraq və Suriyada yeni hərbi əməliyyatına etiraz edən iştirakçılar səfirliyin binasında təbliğat xarakterli foto və təhqirlər səsləndiriblər.  
Bununla əlaqədar olaraq Xarici İşlər Nazirliyi İsveç səfiri vasitəsilə insidentin araşdırılmasını və hadisədə iştirak edənlərin tapılmasını xahiş edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO