Peru hava limanında təyyarə yük maşını ilə toqquşdu: 2 nəfər öldü - VİDEO

Peru hava limanında təyyarə yük maşını ilə toqquşdu: 2 nəfər öldü - VİDEO

Hazırda oxunan: Peru hava limanında təyyarə yük maşını ilə toqquşdu: 2 nəfər öldü - VİDEO

105350

Latam Hava Yollarına məxsus sərnişin təyyarəsi Perunun paytaxtı Limanın Xorxe Çaves Beynəlxalq Hava Limanında havaya qalxmağa hazırlaşan zaman zolağın kənarındakı yük maşınına çırpılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Anadolu agentliyi yayıb.

Mənbə yazır ki, qəza nəticəsində 2 yanğınsöndürən ölüb. Əraziyə çoxlu sayda yanğınsöndürən və xilasetmə qrupları göndərilib.

Sosial mediada əks olunan görüntülərdə qəzadan sonra təyyarənin mühərrikindən tüstü qalxıb.

Səlahiyyətlilər təyyarədə neçə sərnişinin olduğu və qəzanın təsirindən neçə nəfərin yaralandığı barədə məlumat verməyib.

Bizim.Media
 



 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO