ABŞ Prokurorluğu həyat yoldaşı erməni olan senatorun işini araşdırır - DETALLAR

ABŞ Prokurorluğu həyat yoldaşı erməni olan senatorun işini araşdırır - DETALLAR

Hazırda oxunan: ABŞ Prokurorluğu həyat yoldaşı erməni olan senatorun işini araşdırır - DETALLAR

105348

Manhetten federal prokurorluğu demokrat senator Bob Menendezin həyat yoldaşı Nadine Arslanyanın ərindən kömək istəyən şəxslərdən rüşvət alıb-almadığını araşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Wall Street Journal” nəşrində yer alıb.

Mənbə yazır ki, Arslanyanın tərəfdaşları ABŞ-ın Nyu-Yorkun Cənub Bölgəsi üzrə prokurorluğunun apardığı təhqiqat çərçivəsində çağırılıb və onlardan həm Arslanyan, həm də 68 yaşlı Menendez haqqında məlumat vermələri istənilib.
Jurnal qeyd edir ki, hazırkı təhqiqat ən azı 2019-cu ilə təsadüf edir. Federal müstəntiqlər o vaxt Misirə halal ət ixracı edən Nyu-Cersi ştatından olan iş adamı,  Arslanyanın ortağı Vael Xanın şirkətində axtarışa başlayıb. 

Xanın vəkili nəşrə bildirib ki, müvəkkili Misirdən heç bir ABŞ hökumət rəsmisindən  yardım almadan halal sertifikatlaşdırma müqaviləsi alıb.

Məlumata görə, Nyu Cersi ştatında fəaliyyət göstərən vəkil Antraniq Aslanyan da istintaq zamanı məhkəməyə çağırılıb. O, Nadine Arslanyanın çoxdankı dostudur və hər ikisi ermənidir.
Aslanyan deyib ki, o, prokurorluğun nə axtardığını bilmir.

2015-ci ildə Menendezə qarşı açılan işdə prokurorlar müəyyən ediblər ki,  Florida  ştatından olan oftalmoloq həkim Salomon Melgendən şəxsi təyyarə uçuşları, məzuniyyət və digər hədiyyələr üçün təxminən 1 milyon dollar alıb. Əvəzində isə senator həkimin əcnəbi qız dostuna viza almaqda kömək edəcəkmiş.

Müstəntiqlər həmçinin iddia edirlər ki, Menendez Melgendən gəlirli hökumət müqavilələrinin bağlanmasına köməklik etmək müqabilində böyük siyasi ianələr alıb.

Keçən ay Menendezin müşaviri Maykl Soliman “The Posta” deyib ki, senator “istintaqdan xəbərdardır”, lakin “onun əhatə dairəsindən xəbərsizdir”.
“Həmişə olduğu kimi, hər hansı rəsmi müraciət olunarsa, senator ondan və ya ofisindən tələb olunan istənilən yardımı göstərməyə hazırdır”, - Soliman deyib.

Nyu Cersidən olan senator Menendez 2006-cı ildən vəzifədədir və Senatın Xarici Əlaqələr Komitəsinin sədridir.

Menendezin ofisi jurnalın hesabatı ilə bağlı sorğuya dərhal cavab verməyib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO