Federal Prokurorluq ermənipərəst senator Menendezi rüşvət üstündə istintaqa cəlb etdi - “The Wall Street Journal” 

Federal Prokurorluq ermənipərəst senator Menendezi rüşvət üstündə istintaqa cəlb etdi - “The Wall Street Journal” 

Hazırda oxunan: Federal Prokurorluq ermənipərəst senator Menendezi rüşvət üstündə istintaqa cəlb etdi - “The Wall Street Journal” 

105230

“ABŞ-ın ermənipərəst senatoru Bob Menendez və onun erməni əsilli arvadı Nadin Arslanyan haqqında Federal Prokurorluq araşdırmalara başlayıb”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın məşhur “The Wall Street Journal” nəşri məlumat yayıb.

Nəşrin yaydığı məlumat gündəmə bomba kimi düşüb. Çünki, Bob Menendez ABŞ-ın ən nüfuzlu senatorlarından sayılır.

Nəşr qeyd edir ki, Nadin Arslanyanın Nyu Cersi ştatından seçilmiş senator ərindən yardım istəyən şəxslərdən müxtəlif bahalı hədiyyələr və rüşvət alıb.

İndi onun araşdırması aparılır:

“Bob Menendez 2006-cı ildən ABŞ senatorudur və Senatın Xarici Əlaqələr Komitəsinin sədridir. ABŞ-ın Nyu-Yorkun Cənub Bölgəsi üzrə prokurorluğu Menendezin 2020-ci ildə evləndiyi həyat yoldaşı Nadin Arslanyanın həmkarlarını da məhkəməyə çağırıb. Şahidlərdən həm Arslanyan, həm də cənab Menendez haqqında məlumat istənilib. Müstəntiqlər Arslanyanla bağlı ətraflı məlumat verməyiblər. Əsas hədəf senatordur”.



Jurnal onu qeyd edib ki, bu təhqiqat 2015-ci ildə prokurorların Bob Menendezə qarşı qaldırdığı korrupsiya işindən ayrıdır:

“ABŞ prokurorluğunun sözçüsü şərh verməkdən imtina edib. Eləcə də Arslanyan və Menendezin vəkilləri suallara cavab verməkdən çəkiniblər. Menendezin siyasi məsləhətçisi və müşaviri Maykl Soliman isə "həmişə olduğu kimi, hər hansı rəsmi sorğu aparılarsa, senator ondan və ya ofisindən tələb olunan istənilən yardımı göstərməyə hazırdır" deyib”.

Nəşr yazır ki, istintaq işi 2019-cu ildən üzü bəri dövrü əhatə edir:

“Məhkəmə sənədləri göstərir ki, “Edgewater”, və “N.J. şirkətinin IS EG Halal” şirkətinin təsisçisi Vael Hananın evində və ofisində axtarışlar aparılıb. Sənədlərdən məlum olub ki, Misirə ixrac edilən ətin halal sertifikatı saxta yolla əldə edilib. Bu saxta sənədin əldə edilməsində isə şiekət rəhbərinə xanım Arslanyan vasitəçilik edib. Çünki, o özü də bu şirkətin ortaqlarındandır.

Dövlət biznes reystrində göstərilir ki, xanım Arslanyan 2019-cu ildə Nyu Cersidə yaradılmış “Strategic International Business Consultants LLC holdinq” şirkətinin prezidentidir. Cənab Menendezin son federal maliyyə açıqlamalarında xanım Arslanyanın keçən il bu şirkətdən gəlir əldə etdiyini göstərir”. 



Jurnal onu da xatırladır ki, Menendesə qarşı 2015-ci ildə ictimai korrupsiya işinə görə cinayət işi açılıb:

“Cinayət işində qeyd edilir ki, Senator özünün qız yoldaşı (Nadin Arslanyan) üçün viza işində yardımçı olub. Eləcə də Floridaya gələn əcnəbi oftalmoloqa xüsusi imkanlar yaradıb. Əvəzində isə 1 milyon dollar hədiyyə alıb”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO