Yaponiya Hava Özünümüdafiə Qüvvələri ABŞ-la birgə hərbi təlim keçirib

Yaponiya Hava Özünümüdafiə Qüvvələri ABŞ-la birgə hərbi təlim keçirib

Hazırda oxunan: Yaponiya Hava Özünümüdafiə Qüvvələri ABŞ-la birgə hərbi təlim keçirib

105181

Yaponiya Hava Özünümüdafiə Qüvvələri və ABŞ Hərbi Hava Qüvvələrinin pilotları döyüş təyyarələrinin iştirakı ilə birgə təlim keçirib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin rəsmi “Twitter” hesabında paylaşım edilib.

Bildirilib ki, hərbi təlimlərdə Yaponiyanın 3 “F-15” qırıcısı, ABŞ-ın isə 4 “F-16” qırıcısı iştirak edib. Təlimlərin məqsədi Yaponiya-ABŞ alyansının qabaqlayıcı potensialını artırmaq olub. 

“Kyodo” xəbər agentliyinin məlumatına görə, bu təlimlər Tokio və Vaşinqtonun Şimali Koreyanın raket buraxılışına reaksiyası olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO