Təbrizi ETİRAZLAR BÜRÜDÜ - “Molla rejiminin papağı yox, başı yerə düşəcək” - VİDEO

Təbrizi ETİRAZLAR BÜRÜDÜ - “Molla rejiminin papağı yox, başı yerə düşəcək” - VİDEO

Hazırda oxunan: Təbrizi ETİRAZLAR BÜRÜDÜ - “Molla rejiminin papağı yox, başı yerə düşəcək” - VİDEO

105105

“Ötən gün molla-fars rejmi tərəfindən qətl edilən Təbriz Tibb Universitetinin tələbəsi Aylar Həqqi bu gün dəfn edilib. Ümumxalq izdihamına çevirilən mərasimdə soydaşlarımız “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq”, “Azərbaycan milləti, çəkəmməz bu zilləti”, “Azərbaycan qızları, Azadlıq ulduzları” və digər çağırışlar səsləndiriblər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında güneyli soydaşımız Həsən Kərimzadə səsləndirib. 

O bildirib ki, Təbriz Tibb Universitetin ən fəal tələbələrindən olan və son hadisələrdə aktiv iştirak edən Aylar xanımı İranın xüsusi xidmət orqanlarının əməkdaşları binanın dördüncü mərtəbəsindən yerə atıblar:

“Gənc aldığı ağır xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Həqqinin qətli ilə bağlı Azərbaycan Milli Müqavimət Hərakatı bu gün bəyanat yayıb. Bəyanatda bildirilir ki, bu qətliamlara və həbslərə son qoyulması molla rejminin papağı yox, başı yerə düşəcək. Güc strukturlarının əməkdaşlarının rejimin qulluqçuluğundan imtina edib xalqın tərəfinə keçən hissələri gələcək divandan qurtulmuş olacaqlar”.

Həsən Kərimzadə əlavə edib ki, bəyanatda həmçinin farslara da müraciət yer alıb:

“Müraciətdə deyilir ki, indiyə qədərki vəziyyətdə biz sizə qonşu deyə bilərdik. Lakin bu gün baş verənlərdən sonra biz sizə qonşu da deyə bilmiyəcəyik. Çünki siz Azərbaycan xalqının yox, rejimin yanında yer aldınız”.

Güneyli soydaşımız Aylar Həqqinin dəfn mərasimində çəkilmiş görüntüləri də bizə göndərib. Həmin videolara aşağıda baxa bilərsiniz:

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO