Şimali Osetiyada təyyarə QƏZASI – Pilot öldü 

Şimali Osetiyada təyyarə QƏZASI – Pilot öldü 

Hazırda oxunan: Şimali Osetiyada təyyarə QƏZASI – Pilot öldü 

104978

Şimali Osetiyada tək mühərrikli təyyarə qəzaya uğrayıb, ilkin məlumatlara görə pilot hadisə yerində ölüb. 

Bizim.Media  xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə regional baş idarəsi “Telegram” kanalında məlumat yayıb. 

“Gizel kəndi yaxınlığında Ordu, Aviasiya və Hərbi Dəniz Qüvvələri ilə Əməkdaşlıq üzrə Könüllülər Cəmiyyətinin (DOSAAF) aerodromu ərazisində tək mühərrikli, şəxsi təyyarə qəzaya uğrayıb. Ölən pilotun şəxsiyyəti müəyyən edilir”, - deyə məlumatda bildirilib. 
Həmçinin qeyd olunub ki, hadisə yerində Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə axtarış-xilasetmə bölməsinin xilasediciləri çalışırlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO