Bill Klintondan İran xalqlarına mesaj: “Azadlığa qədər yanınızdayıq”

Bill Klintondan İran xalqlarına mesaj: “Azadlığa qədər yanınızdayıq”

Hazırda oxunan: Bill Klintondan İran xalqlarına mesaj: “Azadlığa qədər yanınızdayıq”

104879

ABŞ-ın keçmiş prezidenti Bill Klinton İranda etirazçılara dəstək verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Azad İran” Telegram kanalında yerləşdirilib.

Videomüraciətində o, iranlıların, xüsusən də azadlıq uğrunda mübarizə aparan qadın və qızların cəsarəti qarşısında baş əydiyini bildirib.

“Bu mübarizə hicab məsələsindən kənara çıxır və fundamental hüquqlar, söz və sərbəst toplaşma azadlığı, hicabsız və sərbəst şəkildə məhkəməyə müraciət etmək, habelə onların özləri və uşaqları üçün çox əziz olan arzularını yerinə yetirmək və gələcəklərini qura bilmək hüququ ilə bağlıdır”,-deyə Klinton qeyd edib.

O, İran hökumətindən repressiyaları dayandırmağı, girov götürdüyü, həbs etdiyi və bir çoxunun tibbi müalicəyə ehtiyacı olan məhbusları sərbəst buraxmağı tələb edib.

“İran xalqının bizə ehtiyacı var. Onlar bizim beynəlxalq birliyin bir parçası olmaq istəyirlər. Azadlığa qədər yanınızdayıq”, deyə Klinton vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO