Türkiyə Suriyada yeni xüsusi əməliyyata başlayacaq?

Türkiyə Suriyada yeni xüsusi əməliyyata başlayacaq?

Hazırda oxunan: Türkiyə Suriyada yeni xüsusi əməliyyata başlayacaq?

104703

İstanbulun İstiqlal prospektində törədilən terror aktından sonra Türkiyə Suriyanın şimalında PKK/YPG qüvvələrinə qarşı növbəti transsərhəd əməliyyatı üçün əvvəlki planlarına qayıdıb. 

Bizim.Media xəbər verir ki, adının çəkilməməsi şərti ilə Reuters-ə danışan türk rəsmisi bildirib ki, son hücum Suriyanın Türkiyənin təhlükəsizliyinə ciddi təhdid olduğunu bir daha təsdiqləyib.

“Hazırda Türkiyə Silahlı Qüvvələri Şimali İraqda PKK-ya qarşı əməliyyatını davam etdirir. Bu əməliyyat başa çatdıqdan sonra Suriyadakı bəzi hədəflərə zərbələr endiriləcək”, – eyni mənbə bildirib.

Türkiyəli təhlükəsizlik ekspertləri hesab edirlər ki, əvvəllər planlaşdırıldığından daha məhdud miqyaslı əməliyyat mümkündür. 

Xatırladaq ki, əvvəlki plan Suriyanın şimalında 30 kilometrlik bufer zonanın yaradılmasını nəzərdə tuturdu. 

Hakimiyyətyönlü Türkiyə mediası İstiqlal prospektindəki partlayış əmrinin Kobanidən verildiyini yazıb. 

Daxili işlər naziri Süleyman Soylu da bu versiyanı təsdiqləyib: “Terror aktının Kobanidən sifariş edildiyinə dair sübutlar var. Təxribat aktını törədən qadının Suriyanın Afrin şəhərindən (hazırda bu şəhər “Həyat Təhrir əş-Şam” terror qruplaşmasının nəzarətindədir – red.) gəldiyi məlum olub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO