Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevə məxsus “Elbası Fondu” Türkiyənin Antalya şəhərində yerləşən “Rixos Beldibi” otelini dövlət mülkiyyətinə verib.
Bizim.Media xəbər verir ki, bu barədə Forbes.kz saytı yazıb.
Məlumat bazasında obyekt “Alatau Hotel” ASC kimi qeydiyyata alınıb. Ölkə 15 ildir ki, beşulduzlu otelə sahibdir, lakin bir sıra addımlardan sonra o, eks-prezident Nursultan Nazarbayevin mülkiyyətinə keçib.
2022-ci ilin fevralında Qazaxıstan Dövlət Əmlak və Özəlləşdirmə Komitəsi “Alatau Hotel” ASC-nin dövlət səhm paketinə sahiblik və istifadə hüquqlarını Qazaxıstan Prezidentinin Aparatına verib.
Eyni zamanda, mehmanxananın yoxlanılmış maliyyə hesabatlarında sabiq prezidentin payının hakimiyyət orqanlarına necə keçməsi izah edilmir.
İndi “Rixos Beldibi” tamamilə Qazaxıstan Prezidentinin Administrasiyasının mülkiyyətinə və istifadəsinə keçib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:17 / 16.11.2022
Nazarbayev Türkiyədəki otelini Qazaxıstan hakimiyyətinə verdi - FOTO
Hazırda oxunan: Nazarbayev Türkiyədəki otelini Qazaxıstan hakimiyyətinə verdi - FOTO
Hazırda oxunan: Nazarbayev Türkiyədəki otelini Qazaxıstan hakimiyyətinə verdi - FOTO
104679
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.