G20 liderlərinin sammiti başa çatdı

G20 liderlərinin sammiti başa çatdı

Hazırda oxunan: G20 liderlərinin sammiti başa çatdı

104642

G20 üzvü olan ölkələrin dövlət və hökumət başçılarının İndoneziyanın Bali adasında keçirilən IX sammiti başa çatıb. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb. 

O bildirib ki, zirvə çərçivəsində beynəlxalq siyasi və iqtisadi məsələləri müzakirə edilib:

“Dünyamız son 3 ildir koronavirus pandemiyası ilə başlayıb müharibə və regional toqquşmalarla daha da gərginləşən ağrılı mərhələdən keçir. Enerji, qida və xammal qiymətlərinin həddən artıq bahalaşması istisnasız olaraq bütün iqtisadiyyatlara təsir edir”. 

Türkiyə liderinin sözlərinə görə, Avropa və ABŞ daxil olmaqla bir çox regiondakı infliyasiya rəqəmləri mövcud çətinliklərin göstəricisidir.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO