Tramp: “ABŞ xaricdəki heç bir müharibədə iştirak etməyəcək”

Tramp: “ABŞ xaricdəki heç bir müharibədə iştirak etməyəcək”

Hazırda oxunan: Tramp: “ABŞ xaricdəki heç bir müharibədə iştirak etməyəcək”

1046

ABŞ prezidenti Donald Tramp yenidən prezident seçilərsə ölkəsinin heç bir çılğın müharibədə iştirak etməyəcəyini bəyan edib. Şimali Karolina ştatının Qastonia şəhərində keçirilən seçki mitinqində o, bildirib ki, "Biz şəhərlərimizi təhdid edən terrorçulara zərbə endirəcəyik, Amerikanın xaricdəki anlamsız müharibələrdə işi yoxdur". 

Bizim.Media xəbər verir ki, prezidentin sözlərinə görə, ABŞ "dünyanın ən böyük döyüş texnikasına" malikdir. O, "Rusiya, Çin, və Şimali Koreyada daxil olmaqla - heç kimin bizim kimi silahı yoxdur", deyib.

Tramp bildirib ki, ABŞ ordusundakı raketlər, tanklar, sualtı qayıqlar, gəmilər, qırıcılar - onlar dünyanın ən yaxşısıdır, hipersonik raketlər, səsdən yeddi qat daha sürətli uçurlar. “Bundan əlavə, nüvə qüvvələrimizi yenidən təchiz etdik və ümid edirik ki, bunların heç birini tətbiq etməyəcəyik".

Prezident sonda vurğulayıb ki, "seçkilərdə respublikaçılara verilən səs təhlükəsizliyə, layiqli iş yerlərinin yaradılmasına və bütün amerikalılar üçün hüdudsuz gələcəyə verilən dəstəkdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO