Polşaya raket düşməsi ilə bağlı Pentaqondan REAKSİYA  

Polşaya raket düşməsi ilə bağlı Pentaqondan REAKSİYA  

Hazırda oxunan: Polşaya raket düşməsi ilə bağlı Pentaqondan REAKSİYA  

104576

“Pentaqon Rusiya raketlərinin Polşaya düşməsi ilə bağlı məlumatı hələlik təsdiq və ya təkzib edə bilmir”. 

Bizim.Media xəbər verir ki, bunu Pentaqon sözçüsü Patrik Rayder mətbuat konfransında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Kiyevə raket zərbələri endirilir - FOTO/VİDEO


Patrik Rayder bildirib ki, ABŞ Müdafiə Nazirliyi Rusiya raketlərinin Polşanı vurması ilə bağlı mətbuatdakı məlumatlardan xəbərdardır:

“Mən sizə onu deyə bilərəm ki, bu xəbərləri təsdiqləmək üçün hazırda bizim heç bir məlumatımız yoxdur və bu barədə ətraflı araşdırma aparılır”. 

Pentaqon sözçüsü NATO ərazisinin hər qarışının qorunacağına da toxunub:

"Təhlükəsizliklə bağlı öhdəliklərimizə və NATO müqaviləsinin 5-ci maddəsinə gəlincə isə, spekulyasiya etmək istəmirəm. Amma biz aydın şəkildə bəyan etmişik ki, NATO ərazisinin hər qarışını qoruyacağıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO