“Bu, çox əhəmiyyətli eskalasiyadır. Hərəkət etmək lazımdır” - Zelenski 

“Bu, çox əhəmiyyətli eskalasiyadır. Hərəkət etmək lazımdır” - Zelenski 

Hazırda oxunan: “Bu, çox əhəmiyyətli eskalasiyadır. Hərəkət etmək lazımdır” - Zelenski 

104574

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı NATO üzvü olan Polşaya raket zərbəsi endirməkdə ittiham edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski bu barədə ənənəvi axşam videomüraciətində danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Kiyevə raket zərbələri endirilir - FOTO/VİDEO


Dövlət başçısı bildirib ki, bu, Rusiyanın kollektiv təhlükəsizliyə raket hücumudur. “Bu, çox əhəmiyyətli eskalasiyadır. Hərəkət etmək lazımdır”, - V.Zelenski bildirib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya etdiyi genişmiqyaslı raket hücumundan sonra bir neçə mərminin Polşa ərazisinə düşdüyü güman edilir. Hadisə nəticəsində 2 nəfər həlak olub. 

Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO