NATO-nun Polşaya düşən raketlərlə bağlı insidentə reaksiyası birbaşa Varşavanın bəyanatlarından asılı olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “TASS”a Avropa ölkələrindən birinin Brüsseldəki missiyasından diplomatik mənbə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Kiyevə raket zərbələri endirilir - FOTO/VİDEO
Mənbədən verilən məlumata görə, bəyanatlar raketlərin mənşəyinin - Ukrayna hava hücumundan müdafiə raketləri, və ya Rusiyanın qanadlı raketləri müəyyən edilməsindən sonra təqdim ediləcək.
“Brüssel hal-hazırda Polşanın öz ərazisinə iki raketin düşməsi ilə bağlı məsləhətləşmələrin aparılması yönündə NATO-ya müraciətini gözləyir”, - deyə mənbədən bildirilib.
Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər.
Bizim.Media