Putin Ukraynada ilhaq edilən şəhərlər barədə yeni tapşırıq verdi

Putin Ukraynada ilhaq edilən şəhərlər barədə yeni tapşırıq verdi

Hazırda oxunan: Putin Ukraynada ilhaq edilən şəhərlər barədə yeni tapşırıq verdi

104555

Rusiya Prezidenti Vladimir Putin Ukraynada ilhaq etdikləri bəzi şəhərlərlə bağlı tapşırıq verib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya liderinin tapşırığı şəhərlərə titulların verməsi ilə bağlıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Kiyevə raket zərbələri endirilir - FOTO/VİDEO


Belə ki, Putin Ukraynadan ilhaq edilən Melitopol və Mariupol şəhərlərini “Hərbi Şöhrət Şəhəri”, Luqansk və Horlivka isə “İgidlik şəhəri” adını verib.

Fərmanla Rusiyanın Həştərxan, Voloqda, Zlatoust, Kaspiysk, Norilsk, Orsk və Yakutsk şəhərlərinə də “Hərbi Şöhrət Şəhəri” titulları təqdim edilib. 45 şəhər isə “Hərbi Qələbə Şəhəri” adlandırılıb.

Qeyd edək ki, "Hərbi Şöhrət Şəhəri" adı Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) II Dünya Müharibəsində  Almaniyaya qarşı mübarizəsində istifadə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO