Bayden Ərdoğana başsağlığı verdi: “NATO müttəfiqimizi dəstəkləyirik” - VİDEO

Bayden Ərdoğana başsağlığı verdi: “NATO müttəfiqimizi dəstəkləyirik” - VİDEO

Hazırda oxunan: Bayden Ərdoğana başsağlığı verdi: “NATO müttəfiqimizi dəstəkləyirik” - VİDEO

104467

ABŞ prezidenti Co Bayden İstanbulda baş verən terrora görə G20 sammiti çərçivəsində keçirilən toplantıda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Prezident Bayden İstanbulda baş verən terror aktı ilə bağlı prezident Ərdoğana və Türkiyə xalqına dərin hüznlə başsağlığı verib və NATO müttəfiqimizi dəstəklədiyimizi açıq şəkildə bildirib”, - mesajda deyilir.

Qeyd edək ki, bir az öncə Türkiyənin “Vətən” partiyasının lideri Doğu Perinçek İstanbulda terror aktının törədilməsinə göstərişin ABŞ-dan verildiyini bildirib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu isə vurğulayıb ki, Ankara İstanbulda baş verən terror aktı ilə bağlı ABŞ səfirliyinin başsağlığını qəbul etmir.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun mərkəzi rayonlarından birində, İstiqlal piyada küçəsində partlayış baş verib. Türkiyə Ədliyyə Nazirliyi bunun terror aktı olduğunu bəyan edib. Partlayış nəticəsində 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb.
Türkiyə hakimiyyəti hücumda şübhəli bilinən qadını ələ keçirib.  O, faciə baş verən skamyada təxminən 45 dəqiqə oturub, ayağa qalxanda isə partlayış olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO