Si Cinpin: “Biz ABŞ-a meydan oxumaq niyyətində deyilik”

Si Cinpin: “Biz ABŞ-a meydan oxumaq niyyətində deyilik”

Hazırda oxunan: Si Cinpin: “Biz ABŞ-a meydan oxumaq niyyətində deyilik”

104367

Çin Xalq Respublikasının sədri Si Cinpin İyirmilik Qrupunun (G20) sammiti çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşüb.

Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, Çin rəhbəri Baydenlə görüşündə "ticarət müharibəsi" və ya "texnoloji müharibə" başlatmağın, iqtisadi əlaqələri kəsməyin heç kimin marağında olmadığını bildirib. Si Çinpin həmçinin Çinin mövcud beynəlxalq nizamı dəyişdirmək, ABŞ-a meydan oxumaq və ya onu əvəz etmək niyyətində də olmadığını da vurğulayıb.

İki liderin görüşü təxminən üç saat yarım çəkib. Liderlər ABŞ və Çin arasındakı iqtisadi, texnoloji və ideoloji sahədə mövcud problemləri müzakirə ediblər.

Çin Xalq Respublikasının sədri mövcud gərginliyin hər iki ölkənin maraqlarına və beynəlxalq ictimaiyyətin gözləntilərinə uyğun olmadığını qeyd edərək, ABŞ-ın kapitalizm, Çinin isə sosializm yolu ilə inkişafı mənimsədiyini vurğulayıb. Bildirilib ki, hər iki tərəf bu fərqliliyə hörmətlə yanaşmalıdır.

Qeyd edək ki, iki lider sonuncu dəfə 2015-ci ildə Cinpinin ABŞ-a səfəri zamanı bir araya gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO