İranla Almaniya arasında nə baş verir? – Səfir XİN-ə çağrıldı

İranla Almaniya arasında nə baş verir? – Səfir XİN-ə çağrıldı

Hazırda oxunan: İranla Almaniya arasında nə baş verir? – Səfir XİN-ə çağrıldı

104336

Almaniyanın İrandakı səfiri Hans Edo Motsel Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə baş direktoru Almaniya kanslerinin bəyanatlarını kəskin pisləyərək, onu sərt tənqid edib. XİN rəsmisi Almaniyanın İranın daxili işləri ilə bağlı yanaşmalarına ölkəsinin etirazını çatdırıb.

İran Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, bu cür bəyanatlar və hərəkətlər davam etdirildiyi təqdirdə iki ölkə arasındakı münasibətlərə mənfi təsir edə bilər.

O qeyd edib ki, ölkələr arasındakı hər hansı gərginliyin yaranmasında Almaniya tərəfi məsuliyyət daşıyacaq. Almaniya səfiri cavabında bildirib ki, İran İslam Respublikasının mesajını ən qısa zamanda öz hökumətinə çatdıracaq.
Görüşdə İran İslam Respublikasının rəsmi etiraz notası da Almaniya səfirinə çatdırılıb. Xatırladaq ki, səfir Hans Edo Motselin İran XİN-ə çağırılması Almaniya kanslerinin İran İslam Respublikasına qarşı bəyanatlarından sonra baş verib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO