Mirzoyan Rusiya XİN nümayəndəsi ilə Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyasını MÜZAKİRƏ EDİB 

Mirzoyan Rusiya XİN nümayəndəsi ilə Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyasını MÜZAKİRƏ EDİB 

Hazırda oxunan: Mirzoyan Rusiya XİN nümayəndəsi ilə Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyasını MÜZAKİRƏ EDİB 

104321

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev arasında görüş baş tutub. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

İrəvanda baş tutan görüşdə tərəflər Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası prosesini müzakirə ediblər.  

“Həmsöhbətlər oktyabrın 31-də Ermənistan, Rusiya və Azərbaycan liderlərinin son üçtərəfli görüşünə toxunublar. Ararat Mirzoyan və İqor Xovayev həmçinin Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası, eləcə də regionda nəqliyyat infrastrukturlarının blokdan çıxarılması ilə bağlı fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO