Belarusdakı xəstəxanalar rus əsgərləri ilə doludur - Ukrayna Baş Qərargahı 

Belarusdakı xəstəxanalar rus əsgərləri ilə doludur - Ukrayna Baş Qərargahı 

Hazırda oxunan: Belarusdakı xəstəxanalar rus əsgərləri ilə doludur - Ukrayna Baş Qərargahı 

104095

Belarusun Brest vilayətində, xüsusən də Rusiya ordusunun yerləşdirildiyi ərazilərdə sosial sahənin yükü artıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında yer alıb.

Xüsusən yerli xəstəxanalar çadır şəhərciklərindəki pis şəraitə görə həm yaralı, həm də xəstə rus hərbçiləri ilə dolub-daşır. 
Həkimlər artıq müalicəyə ehtiyacı olan Belarus vətəndaşlarına xidmət etmirlər.

Bundan əlavə, noyabrın 12-də səfərbər edilmiş ruslar arasından daha bir bölüm Zaporojye vilayətinin işğal olunmuş Melitopol şəhərinə gəlib. 

Şəhərə gəldikdən sonra onlar böyük miqdarda ərzaq, mülki geyim və külli miqdarda spirtli içkilər almağa başlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO