İşğalçı qüvvələrin Xersondan çıxarılması Rusiya prezidenti Vladimir Putinlə “Vahid Rusiya” fraksiyası arasında parçalanmaya səbəb olur.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya ABŞ-ın Müharibənin Tədqiqatı İnstitutunun (ISW) hesabatında yer alıb.
Mənbə yazır ki, Putinin hərbi qüvvələri Ukrayna hökumətini devirmək və bütün Ukraynanı ələ keçirmək kimi maksimalist məqsədlərinə nail ola bilmədiyindən seçicilərin bir hissəsini sakitləşdirmək getdikcə çətinləşir.
Volodimir Solovyov kimi ifrat sağçı təbliğatçılar getdikcə Kremldən və ali hərbi komandanlıqdan Ukraynanın məhv edilməsi ilə bağlı bütün vədləri yerinə yetirməyi tələb edirlər.
Xersonun itirilməsi Kerç körpüsünün partladılmasından sonra tərəfdarlarının gözündə Putin üçün yeni məğlubiyyətdir.
Analitiklər Putinin tənqid dalğasının genişləndiyini qeyd edirlər. Bununla əlaqədar, yəqin ki, televiziyada senzura artacaq, çünki bir çox təbliğatçılar geri çəkilmənin nəticələrindən söz açırlar.
Eyni zamanda nizami qoşunların və Putinin Xersonda məğlubiyyəti “vaqnerçilər”in və onların lideri Priqojinin təsirini daha da gücləndirir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:05 / 13.11.2022
Rusiya qoşunlarının Xersondan çıxarılması Kremli parçalayır
Hazırda oxunan: Rusiya qoşunlarının Xersondan çıxarılması Kremli parçalayır
Hazırda oxunan: Rusiya qoşunlarının Xersondan çıxarılması Kremli parçalayır
104055
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.