“Reallıq elədir ki, Qarabağın nizamlanması Türkiyə ilə müzakirə edilməlidir'' - Medvedev

“Reallıq elədir ki, Qarabağın nizamlanması Türkiyə ilə müzakirə edilməlidir'' - Medvedev

Hazırda oxunan: “Reallıq elədir ki, Qarabağın nizamlanması Türkiyə ilə müzakirə edilməlidir'' - Medvedev

10404

“Qarabağ münaqişəsinin nizamlanması Türkiyə ilə müzakirə edilməlidir. Regionun reallığı budur”.

Bizim.Media-nın məılumatına görə, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev jurnalistlərə açıqlamasında deyib.

“Türkiyə bizim qonşumuz və çox vacib tərəfdaşımızdır. Azərbaycan üçün çox yaxın ölkədir. Bu faktı nəzərə almamaq mümkün deyil”, - o vurğulayıb.

Onun sözlərinə görə, Moskva və Ankara arasında məhsuldar dialoq qurulub, iki ölkənin prezidentləri bu mövzu ilə bağlı daim danışıqlar aparıblar:

“Sadəcə regionda mövcud olan reallıqları nəzərə almalıyıq. Və reallıqlar elədir ki, bu gün bu məsələ Türkiyədən olan tərəfdaşlarla müzakirə edilməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO