Türkiyənin 4 ildən sonra İsraildə İLK SƏFİRİ - FOTO

Türkiyənin 4 ildən sonra İsraildə İLK SƏFİRİ - FOTO

Hazırda oxunan: Türkiyənin 4 ildən sonra İsraildə İLK SƏFİRİ - FOTO

103940

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfir təyin olunması barədə qərarı imzalayıb. 

Bizim.Media "milliyyet.com" a istinadən xəbər verir ki, bu vəzifəyə Şakir Özkan Torunlar təyin olunub.

O, dörd illik fasilədən sonra Türkiyənin İsrailə təyin olunan ilk səfiri olub.

Həmçinin Şakir Özkan Torunlar Banqladeş, Qüds və Hindistanda Türkiyənin səlahiyyətli səfiri kimi də fəaliyyət göstərib. Qeyd edək ki, qarşılıqlı səfir təyin olunması barədə razılıq Türkiyə ilə İsrail arasında bu ilin avqustunda əldə olunmuşdu. 
Razılıq çərçivəsində İsrail sentyabrın 20-də İrit Lillianı Türkiyəyə səfir təyin etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO