Ararat Mirzoyan fransalı həmkarına Azərbaycanla normallaşma prosesindən DANIŞDI

Ararat Mirzoyan fransalı həmkarına Azərbaycanla normallaşma prosesindən DANIŞDI

Hazırda oxunan: Ararat Mirzoyan fransalı həmkarına Azərbaycanla normallaşma prosesindən DANIŞDI

103878

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Ketrin Kolonna ilə görüşüb. Azərbaycanla normallaşma prosesini müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin gedişatı, sərhədlərin delimitasiyası, eləcə də regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı aparılan işlər barədə məlumat verib.

Nazirlər oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşün yekununda qəbul edilmiş bəyanatın əhəmiyyətini vurğulayıblar.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO