Xəbər verdiyimiz kimi, Rusiya Silahlı Qüvvələri Xersondan çıxarılaraq Dneprin sol sahilinə yerləşdirilib.
Bizim.Media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Xersona daxil olması barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Görüntülərdə şəhərin mərkəzində Ukrayna bayrağının dalğalandığı müşahidə olunur.
Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya ordusunun Dneprin sol sahilinə köçürülməsinin Xersonun statusunda dəyişiklik etməyəcəyini demişdi.
Bizim.Media