Rusiya qoşunlarının Dnepr çayının sol sahilinə köçürülməsi başa çatıb.
Bizim.Media "russian.rt"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Məlumatda qeyd olunur ki, bu gün Moskva vaxtı ilə səhər saat 05-də Rusiya qoşunlarının Dnepr çayının sol sahilinə köçürülməsi başa çatıb.
“Dnepr çayının sol sahilinə köçürülmə zamanı sağ sahildə hərbi texnika saxlanılmayıb. Köçürülmə zamanı itki olmayıb” – deyə Rusiya MN-in məlumatında bildirilib.
Qeyd edək ki, Xerson şəhəri Dnepr çayının sağ sahilində yerləşir. Rusiya qoşunlarının çayın sol sahilinə keçməsi Xerson şəhərinin tərk edilməsidir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:38 / 11.11.2022
Rusiya qoşunları Xerson şəhərini tərk edib - VİDEO
Hazırda oxunan: Rusiya qoşunları Xerson şəhərini tərk edib - VİDEO
Hazırda oxunan: Rusiya qoşunları Xerson şəhərini tərk edib - VİDEO
103808
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.