"Qarabağda həyata keçirilən işləri gördükdə iftixar hissi keçirdim" - Ərdoğan

Hazırda oxunan: "Qarabağda həyata keçirilən işləri gördükdə iftixar hissi keçirdim" - Ərdoğan

103784

Qarabağla əlaqədar çox ciddi mübarizə aparan və bu mübarizəni hazırda infrastrukturun qurulması ilə ən yüksək səviyyədə davam etdirən İlham Əliyev qardaşımın bu sahədə iki ildə nələr bacardığını, nələri ortaya qoyduğunu görürük.

Bizim.Media xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşü çərçivəsində təşkil olunan mükafatlandırma mərasimində deyib.

Türkiyə Prezidenti işğaldan azad olunan ərazilərə səfərlər etdiyini və görülən işlərlə tanış olduğunu vurğulayıb:

“Dəfələrlə həmin ərazilərdə tədbirlərə qatılmaq, həyata keçirilən işləri yerində görmək imkanım oldu. Bu işləri yerində gördükdə bir türk olaraq iftixar hissi keçirdim. Çox qısa müddətdə bu qədər nailiyyət həqiqətən bizim üçün qürur mənbəyidir”.

Eyni zamanda, Ərdoğan TDT-nin IX Zirvə Görüşündəki çıxışında Türkiyənin haqlı mübarizəsində olduğu kimi, sülh axtarışında da Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, Cənubi Qafqazda sülh prosesi Azərbaycanın bütün səylərinə baxmayaraq, hələ də kövrək olaraq qalır.

“Noyabrın 8-də qeyd etdiyimiz şanlı Qarabağ Zəfərinin ikinci ildönümündə əziz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. İlham qardaşımızın şəxsində Azərbaycan xalqını bir daha təbrik edirəm. Haqlı mübarizəsində olduğu kimi, sülh axtarışında da Azərbaycanın yanındayıq”, - Türkiyə Prezidenti vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO