Ukrayna daha 12 yaşayış məntəqəsini işğaldan azad etdi

Ukrayna daha 12 yaşayış məntəqəsini işğaldan azad etdi

Hazırda oxunan: Ukrayna daha 12 yaşayış məntəqəsini işğaldan azad etdi

103659

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı rus hərbçilərinin Xersonu tərk etdiyini təsdiqləməyib. O bildirib ki, Ukrayna son 24 saat ərzində 12 yaşayış məntəqəsinə nəzarəti bərpa edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı BBC telekanalı yayıb.

"Xersondan rusların geri çəkilməsi bizim fəal hərəkətlərimizin nəticəsidir. Ukrayna müdafiə qüvvələri birbaşa Xerson istiqamətində logistika yollarını və dəstək sistemini dağıdıb, düşmənin komanda və idarəetmə sistemini pozub. Beləliklə, düşmənə qaçmaqdan savayı çıxış yolu qoymayıblar”, – Valeri Zalujnı qeyd edib.

Ali Baş Komandanının sözlərinə görə, oktyabrın 1-dən Ukrayna Silahlı Qüvvələri düşmənin mövqelərinə doğru 36,5 km dərinlikdə irəliləyib. Bu zaman geri alınan ərazinin ümumi sahəsi 1381 kvadrat km.ə çatıb, 41 yaşayış məntəqəsinə nəzarət bərpa edilib.
Valeri Zalujnı vurğulayıb ki, indi o, rus qoşunlarının Xersondan çıxarılması barədə elan edilən məlumatı nə təsdiq, nə də təkzib edə bilər:

“Hələlik Ukrayna hərbçiləri qoşunların şəhərdən real çıxarılmasına dair heç bir əlamət görmürlər. Ukrayna Silahlı Qüvvələri öz planlarına uyğun olaraq hücumu davam etdirir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO