Bayden yenə çaşdı

Bayden yenə çaşdı

Hazırda oxunan: Bayden yenə çaşdı

103553

ABŞ prezidenti Co Bayden Ukraynadakı münaqişəni İraqdakı müharibə ilə qarışdıraraq növbəti dəfə qəribə vəziyyətə düşüb.

Bizim.Media “Sputnik Belarus” nəşrinə istinadən xəbər verir ki, media nümayəndələri ilə Rusiya qoşunlarının Dnepr çayının sol sahilinə çıxarılmasını müzakirə edən Amerika lideri Xerson əvəzinə İraqın Fəllucə şəhərinin adını çəkib.

“Sual olunur. Onlar (Rusiya qoşunları – red.) Fəllucanı tərk edəcəklər, ya yox. Mən Xerson şəhərini nəzərdə tuturam”, - deyə Bayden bildirib.

Bayden sonuncu dəfə noyabrın 1-də Floridada çıxışı zamanı oxşar səhvə yol verib.

O bildirib ki, İraqdakı müharibə, neftin qiymətinə təsir və Rusiyanın gördüyü işlər səbəbindən yaranan inflyasiya dünya probleminə çevrilib. Daha sonra o, Ukrayna münaqişəsini nəzərdə tutduğunu deyərək sözlərinə düzəliş edib.
Bayden əlavə edib ki, oğlu İraqda öldüyü üçün bu ölkənin adını çəkib.

Qeyd edək ki, 2008-2009-cu illərdə İraqda xidmət edən Amerika liderinin böyük oğlu Bo Bayden 2015-ci ildə vəfat edib. Ölümün səbəbi beyin xərçəngi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO