"Rusiya döyüş tanklarının yarısını Ukraynada itirib" - Pentaqon 

Hazırda oxunan: "Rusiya döyüş tanklarının yarısını Ukraynada itirib" - Pentaqon 

103443

"Rusiya, ehtimal ki, əsas döyüş tanklarının yarısını itirib". 

Bizim.Media "CNN"ə istinadən xəbər verir ki bunu ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kahl deyib. 

Onun sözlərinə görə, Rusiya fevraldan bəri on minlərlə itki verib, bu da SSRİ-nin Əfqanıstandakı itkilərindən dəfələrlə çoxdur: 

"Onlar yəqin ki, bütün Rusiya ordusundakı əsas döyüş tanklarının yarısını itiriblər. Rusiyanın Ukraynadakı quru qüvvələrinin 80%-dən çoxu artıq sıxışdırılıb. Onlar dəqiq idarə olunan sursatlarının əksəriyyətini Ukraynada xərcləyiblər və sanksiyalar və ixraca nəzarət onların ordusunu müharibədən əvvəlki vəziyyətinə qaytarmağı çox çətinləşdirəcək" - deyə Kahl qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO