Çin höküməti 250 milyon müsəlmanın hər addımını izləyirmiş

Çin höküməti 250 milyon müsəlmanın hər addımını izləyirmiş

Hazırda oxunan: Çin höküməti 250 milyon müsəlmanın hər addımını izləyirmiş

10338

Bizim.Media məlumat verir ki, Çin hökuməti tərəfindən Sintizyan-Uyğur bölgəsində yaşayan müsəlman türk azlıqların hər addımını izlədiyi ortaya çıxıb. Landasoft şirkəti tərəfindən hazırlanmış elektron məlumat bazası vasitəsilə Pekin rəhbərliyinin Sintizyan bölgəsindəki müsəlmanların, xüsusilə uyğurların bütün ünsiyyətlərinin və həyatlarının necə izlədiyi ilə bağlı faktlar müəyyən olunub.

ABŞ-ın "İntercept" xəbər saytının verdiyi məlumata görə, Urumçidə yerləşən məlumat bazası tərəfindən telefon danışıqları, səyahətlər və qohumlarla görüşlər daxil olmaqla bütün müsəlmanların həyatının hər dəqiqəsinin izlənildiyi ortaya çıxıb.

 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Çini açıq konfliktə təhrik edir

ABŞ kəşfiyyat rəhbəri: ''Çin ən böyük təhlükədir''


Məlumat bazasında fəaliyyətlərindən şübhələnilən şəxslərin heç bir cinayət tərkibi olmadan həbs olunduğu, telefonlarına xüsusi dinləmə cihazlarının yerləşdirildiyi və izlənilən bəzi müsəlmanların evlərində kameraların yerləşdirildiyi qeyd edilib.

Məlumat bazasında əldə olunan məlumatlar əsasında müsəlman əhali haqqında ətraflı məlumat toplandığı, dini söhbətlər etdiyi təsbit edilən ailələrin "yenidən təhsil" adlı düşərgələrə göndərildiyi qeyd edildi.

“İntercept” tərəfindən əldə edilən məlumatlara əsasən, Çinin xaricində səyahət edənlərin ailələrinin yaxından izlənildiyi və ölkə daxilində səyahət edən müsəlmanların isə getdiyi yerlərdəki polis mərkəzinə bildirildiyi və orada yaxından təqib edilmələrinin istənildiyi ortaya çıxıb.

Xəbərdə, məlumat bazasında 52 gigabayt həcmində və 250 milyon başlıqdan ibarət məlumatın yer alması, bu həcmdəki informasiyanın Çin höküməti tərəfindən aparılan monitorinqin miqyasını göstərdiyi qeyd olunub.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO