Xəbər verdiyimiz kimi, dünən Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olub. Həmçinin, nazirlərin ABŞ dövlət katibi Entoni Blinken ilə də birgə görüşü keçirilib. Blinken çıxışı zamanı Qarabağ münaqişəsinin belə ağır nəticələrinin olmasından təəssüfləndiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya xarici mətbuatda yer alıb.
“Lakin indi görürük ki, hər iki ölkə keçmişini arxada qoymaq və davamlı sülhə doğru getmək üçün real və cəsarətli addımlar atır. Tərəflər Cənubi Qafqazın daha parlaq gələcəyini təmin etməyə çalışır”, deyə o, qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
“ABŞ Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına sadiqdir” – Blinken
Onun sözlərinə görə, Birləşmiş Ştatlar hazırkı vəziyyətdə həm Ermənistanın, həm də Azərbaycanın dostu kimi işləyir və tərəflərin davamlı sülh yolu ilə getmək istəklərini dəstəkləmək üçün əlindən gələni edir.
Dövlət katibi əlavə edib ki, Vaşinqton Bakı və İrəvanı bu məqsədə çatmaq üçün göstərdikləri “cəsarət və qətiyyətə” görə alqışlayır.
Bizim.Media