Rusiya Türkiyəni dost ölkələr siyahısına daxil etmək istəyir

Rusiya Türkiyəni dost ölkələr siyahısına daxil etmək istəyir

Hazırda oxunan: Rusiya Türkiyəni dost ölkələr siyahısına daxil etmək istəyir

103173

Rusiya Maliyyə Nazirliyi vergi müqavilələrinə yenidən baxılması üçün “dost ölkələrin” siyahısını hazırlayır.  

Bizim.Media “Vedomosti” nəşrinə istinadən xəbər verir ki, bu barədə maliyyə nazirinin müavini Aleksey Sazanovun bəyanat verib. 

Belə ki, nazirlik Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Malayziya ilə danışıqlara başlamaq üçün hökumətə təkliflər göndərmək niyyətindədir. 

“Dost” ölkələrlə vergi sazişləri üzrə danışıqlara gəlincə, biz hökumətə təqdim etmək üçün təkliflər hazırlayırıq. Vergi sazişləri Türkiyə, Malayziya, eləcə də orada korporativ gəlir vergisi tətbiq ediləcəyi təqdirdə BƏƏ-yə aiddir”, - Aleksey Sazanov bildirib.  

Onun sözlərinə görə, “dost” yurisdiksiyalarla müqavilələrə yenidən baxılmasında məqsəd bu dövlətlərin real investorlarından-rezidentlərindən birbaşa investisiyaların cəlb edilməsi xərclərini azaltmaqdır.  

Aleksey Sazanov bu barədə hələlik yekun qərarın qəbul olunmadığını da vurğulayıb: 

“Maliyyə Nazirliyi ilk növbədə hökumətin reaksiyasını almalıdır. Təklif olunan ölkələrlə bağlı razılıq əldə etsək, gələn ildən bu istiqamətdə işə başlayacağıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO