ABŞ İrana doğru qırıcı təyyarələrini göndərdi

ABŞ İrana doğru qırıcı təyyarələrini göndərdi

Hazırda oxunan: ABŞ İrana doğru qırıcı təyyarələrini göndərdi

103050

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) rəsmi Tehranın Səudiyyə Ərəbistanına hücum hazırladığı iddiası ilə bağlı məlumat aldıqdan sonra İrana doğru qırıcı təyyarələr göndərib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı şənbə günü “The Washington Post” qəzeti öz mənbələrinə istinadən yayıb.

Nəşr bunun dəqiq nə vaxt baş verdiyini açıqlamayıb.

Mənbə Səudiyyə Ərəbistanındakı hədəflərə qarşı İranın ballistik raketləri və pilotsuz uçuş aparatlarının hazırlandığını iddia edib.

Qəzetin qeyd etdiyi kimi, ABŞ-ın Krallıqda yerləşən Silahlı Qüvvələri və Səudiyyə ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO