Pxenyan nüvə bombasını sınaqdan keçirməyə hazırlaşır - ABŞ BMT-ni toplaşmağa çağırdı  

Pxenyan nüvə bombasını sınaqdan keçirməyə hazırlaşır - ABŞ BMT-ni toplaşmağa çağırdı  

Hazırda oxunan: Pxenyan nüvə bombasını sınaqdan keçirməyə hazırlaşır - ABŞ BMT-ni toplaşmağa çağırdı  

102896

Noyabrın 3-dən 4-nə keçən gecə Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni raket sınaqları keçirib.

Bizim.Media Almaniyanın "Frankfurter Allgemeine" nəşrinə istinadən xəbər verir ki, onlarla ballistik və bir qitələrarası raketdən istifadə edilib.

Gecə yarısına az qalmış Cənubi Koreya ordusu qonşu ölkələr arasında dəniz sərhədi zonasında 80 belə buraxılış aşkar edib. Seul rəsmiləri bildirib ki, Pxenyanın hərəkətləri 2018-ci ildə qəbul edilən ikitərəfli razılaşmanın pozulması deməkdir.
Bununla bağlı Cənubi Koreyanın Müdafiə Nazirliyi KXDR-ə xəbərdarlıq göndərib.

ABŞ bu təlimləri pisləyərək, BMT Təhlükəsizlik Şurasını vəziyyəti müzakirə etmək üçün toplaşmağa çağırıblar. Amerikalılar Şimali Koreyanın nüvə bombasını sınaqdan keçirməyə hazırlaşdığını, lakin bunun dəqiq nə vaxt baş verəcəyini bilmədiklərini iddia ediblər.

ABŞ adminstrasiyası hesab edir ki, Pxenyan bu hərəkəti ilə nüvə bombasını sınaqdan keçirməyə hazırlaşdığını nümayiş etdirib.

Ağ Ev rəsmiləri Şimali Koreyanın bu planlardan əl çəkməsi üçün Çin, eləcə də Rusiyaya çağırış edib.

Elvira Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO