Vaşinqtonla Tehran arasında gərginlik artır - İran lideri Baydeni sərt tənqid edib  

Vaşinqtonla Tehran arasında gərginlik artır - İran lideri Baydeni sərt tənqid edib  

Hazırda oxunan: Vaşinqtonla Tehran arasında gərginlik artır - İran lideri Baydeni sərt tənqid edib  

102880

İran prezidenti İbrahim Rəisi ABŞ lideri Co Baydenin “tezliklə İranı azad edəcəyik” sözlərinə cavab olaraq sərt çıxış edib.

Bizim.Media "Press TV"yə istinadən xəbər verir ki, İ.Rəisi İranın 43 ildir azad edildiyini xatırladıb, həmçinin ABŞ-ın hökmranlıq və sanksiyalara əsaslanan siyasətini tənqid edib.

Rəisi bu çıxışı 1979-cu ildə ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümü münasibətilə keçirilən mitinqdə söyləyib.

İran lideri bildirib ki, bu gün dünya hökmranlığına qalib gəlməyin vaxtıdır. Rəisi ABŞ-ı “böyük şeytan” adlandıran İmam Xomeyninin sözlərini misal çəkərək, öz məqsədlərinə çatmaq üçün dünyanın bir çox millətlərini və xalqlarını məhv etməyə hazır olduqlarını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İran prezidentindən Baydenə CAVAB 


İran prezidenti xatırladıb ki, ABŞ dünyada 300-dən çox müharibədə iştirak edib, müxtəlif ölkələrin xalqlarının iradəsinə zidd olaraq 62 dövlət çevrilişi həyata keçirib, Xirosima və Naqasakiyə atom bombaları atıb, burada milyonlarla insan həlak olub.

O, dövlətlərin əsas cinayətlərini sadalayıb:

“ABŞ-ın terrorçularla mübarizə və xalqları azad etmək adı ilə başqa ölkələrə hərbi müdaxiləsi, İŞİD və "Əl-Nusra Cəbhəsi" kimi təkfirçi terror qrupları yaratmaq, separatçı və terrorçu hərəkatları dəstəkləmək, Müstəqil ölkələrə, xüsusən də İran İslam Respublikasına qarşı sanksiyalar tətbiq etməsi Vaşinqtonun nə etmək istədiyini göstəri. Bu cür nümunələr göstərir ki, Amerikanın ruhu təkəbbür və ağalıq üzərində qurulub. ABŞ istəyir ki, insanlar onlar kimi düşünüb hərəkət etsinlər”.

Elvira Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO