Fransanın paytaxtı Parisi çox zaman “muzeylər şəhəri” adlandırırlar. Doğrudan da bu şəhərdə hddən ziyadə muzey var. Və bu muzeylər təkcə gözəllikləri təbliğ etmir. Həm də insanın, daha doğrusu fransızların tarixən necə qaniçən və qəddar xalq olduğunu göstərir. Hətta onlar bunu bilərəkdən bu şəkildə nümayiş etdirirlər. Fransızların vəhşiliyini dünyaya göstərən belə muzeylərdən biri də İnsan Muzeyidir.
1887-ci ildə açılan və 1937-ci ilədək Etnoqrafiya Muzeyi adı ilə fəaliyyət göstərən muzeydə 18 mindən artıq insan kəlləsi nümayiş etdirilir.
Onların arasında Fransa işğalına (1830-1962) qarşı mübarizə aparan Əlcəzair azadlıq müharibəsinin şəhid olan liderlərinin və üzvlərinin də skeleti var. Muzey dəfələrlə orada olan kəllə sümüklərinin əksəriyyətinin 19-cu əsrdə tədqiqat üçün antropoloqlar tərəfindən toplanıldığını iddia etsə də, artıq buna inanan azdır.
İnsan Muzeyində Fransanın Əlcəzairdə törətdiyi soyqırım zamanı şəhid olan döyüşçülərin və mülki əhalinin kəsilmiş başlarını və kəllə sümüklərinin nümayiş etdirilməsi əsasən iki məqsədə xidmət edib. Bunlardan birincisi, üsyanı boğmaq və müqaviməti qırmaqdır. İkincisi isə onlar “qələbə” sübutu kimi fəxrlə Parisə göndərilib.
Politoloq Əziz Əlibəyli Bizim.Media-ya açıqlamasında bu muzeyin fransızların bəşəriyyət tarixində göstərdiyi çoxsaylı vəhşiliklərin çox cüzi hissəsini özündə təcəssüm etdiyini söylədi:
“Beynəlxalq sistemin moderatorlarından olan, BMT-nin Təhlükəsizlik Şurasının 5 üzvündən biri Fransa insani və müharibə cinayətlərinin törədilməsində əsas rol sahibidir. Fransanın tarixində kifayət qədər soyqırımlar qara ləkə kimi qalmaqdadır. Fransa təkcə Əlcəzairdə deyil, dünyanın başqa ünvanlarında da vəhşiliklər törədib. Ən pisi də odur ki, Fransa Afrikanın 14 ölkəsindən müstəmləkə vergisi almaqda bu gün də davam edir. 1524-cü ildən sonra Afrikanın 35 faizi 300 il Fransanın müstəmləkəsi olub. Fransızlar Afrikada təkcə sərvətləri talamayıb, həm də yerli xalqlarını soyqırımını həyata keçiriblər”.
Politoloq onu da əlavə etdi ki, işğal dövründə fransızlar yerli insanları ən şərəfsiz şəkildə alçaldıblar:
“Afrikalıların başını kəsib ondan top əvəzinə istifadə edən yeganə xalq fransızlardır.On minlərlə qadına və uşaqlara qarşı təcavüz edən də onlardır. Bir sözlə, soyqırımları və insanların ən dəhşətli şəkildə təcavüzlərini fransızlar dəfələrlə sınaqdan keçiriblər.Afrikada 2 milyondan artıq insan fransızların qurbanı olub. Onların 1,5 milyonu əlcəzairlilərdir. Sonuncu dəfə 1994-cü ildə Ruanda soyqırımında 800 minə yaxın afrikalının həyatına son qoyuldu.
Bu qətliamın təşkilatçılarından biri də Fransa dövləti idi. Amma nə yazıq ki, Fransa bu günə kimi terrorçu dövlət kimi tanınmayıb. Əksinə, Fransa öz terror fəaliyyətini günbəgün genişləndirir. Onların ermənilərin yanında dayanması da eyni xislətə sahib olmalarından qaynaqlanır”.
Surxay Atakişiyev, Bizim.Media
QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması - bəndinə uyğun olaraq hazırlanıb.
- A-
- A
- A+
Dünya
10:00 / 05.11.2022
Parisdəki “İNSAN MUZEYİ” – Fransızlar Əlcəzairlilərin başlarını burada nə niyyətlə saxlayırlar?
Hazırda oxunan: Parisdəki “İNSAN MUZEYİ” – Fransızlar Əlcəzairlilərin başlarını burada nə niyyətlə saxlayırlar?
Hazırda oxunan: Parisdəki “İNSAN MUZEYİ” – Fransızlar Əlcəzairlilərin başlarını burada nə niyyətlə saxlayırlar?
102850
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.