"Onu yataqda qane etmədiyimi dedi..." - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI

Hazırda oxunan: "Onu yataqda qane etmədiyimi dedi..." - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI

102838
Türkiyənin Zonquldağ vilayətində xanımı 27 yaşlı Selma İnama 33 bıçaq zərbəsi vuraraq, qətlə yetirən 29 yaşlı Özden İnamın törətdiyi cinayətin yeni detalları məlum olub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özden İnam polisə ifadəsində xanımının ona xəyanət ediyini bildirib. O, 3 ay əvvəl xanımının başqası ilə dostlaşdığından şübhələndiyini deyib:xa0
xa0
"Mənimlə maraqlanmırdı. Tez-tez məndən kontur istəyirdi. Telefonuna son vaxtlar kod qoyurdu. Kiminlə danışdığına, nə etdiyinə baxa bilmirdim. Mən mədən işçisiyəm. Əvvəllər evə gələndə yeməyim hazır olurdu. Son vaxtlar artıq yemək də hazırlamırdı. Ev işləri ilə maraqlanmır, təmizliyə fikir vermirdi. İşdən gələndə "Uşaqlar məni çox yordu, onlara bax" deyirdi. xa0Axşam vaxtları gəzməyə çıxırdı".
xa0
Özden xanımının telefonu açanda kodunu gördüyünü və U. adlı bir kişidən gələn mesajı oxuduğunu qeyd edib:xa0
xa0
"Həmin şəxsə zəng etdim. O mənə dedi ki, arvadınla səninlə evlənmədən əvvəl sevgiliydik, sən hər şeyi xanımından soruş, o, daha yaxşı danışar".
xa0
Xanımının ona xəyanət etdiyini vurğulayan Özden bunları da deyib:xa0
xa0
"Selmanın telefon nömrəsi mənim adıma idi. Son 1 ayın hesabatını çıxartdım. O, kişi ilə hər gün dəfələrlə mesajlaşıb. Xanımıma bir-iki sillə vurdum. O, isə hər şeyi etiraf etdi. Son 3-4 aydır o kişi ilə görüşdüyünü söylədi. Selmanın ailəsinə də olanları danışdıq və boşanma qərarı verdik. Onlar da razılaşdılar. Ertəsi gün boşanmaq üçün ədliyyəyə getdik. Mən vəkillə görüşən zaman dərman ataraq intihar etməyə çalışıb. Təcili yardım avtomobili ilə xəstəxanaya apardılar. Həmin gün boşanmamız alınmadı".
xa0
Özden daha sonra bir günlük müalicədən sonra Selmanın xa0xəstəxanadan çıxdığını bildirib: "İşdən icazə alıb qayınatamın evinə getdim. Mən vəziyyətin necə olacağını soruşdum. "Bazar ertəsi boşanma olsun" dedilər. Evdən çıxarkən Selma mənimlə danışmaq istədi. Kiçik oğlum Enesin onda qalmasını istəyirdi. Bir otağa keçdik. Mənə yaxınlaşaraq çox sevdiyini dedi. Əlimi sinəsinə qoydu. Özümü saxlaya bilmədim, cinsi əlaqəyə girdik. Yenidən Enesi gətirməyimi istədi. İşdən çıxanda 2 yaşlı oğlumu apardım. Uşağı götürəndə baldızım məni təhqir etməyə başladı. Selma isə "Səndən boşanmayacam, sənə əzab verəcəm. Digər oğlumu da alacam" deyərək məni təhqir etdi. Onu yataqda qane etmədiyimi dedi. Özümü itirdim. Sonrasını xatırlamıram. Peşmanam. Kaş ki evə getməsəydim".
xa0
Cinayət hadisəsi ilə bağlı istintaq davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO