Finlandiya və İsveç NATO-ya qəbul olunur

Finlandiya və İsveç NATO-ya qəbul olunur

Hazırda oxunan: Finlandiya və İsveç NATO-ya qəbul olunur

102731

“Helsinki və Stokholm Türkiyə tərəfinin Şimali Atlantika Alyansına qoşulmaq tələblərini yerinə yetirib, buna görə də onları NATO-ya qəbul etməyin vaxtı çatıb”. 

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib. 

"Finlandiya və İsveç Türkiyənin NATO-ya daxil olması ilə bağlı tələblərini yerinə yetiriblər, buna görə də onları nəinki dəvət etmək vaxtı çatıb, onları çoxdan dəvət ediblər, həm də onları alyansa üzv etmək vaxtı çatıb. Mən bu məsələni sabah Rəcəb Tayyib Ərdoğanla müzakirə edəcəyəm”.  
O, bildirib ki, bu, hesablamalarda heç bir səhvə yol verməmək üçün indiki şəraitdə Rusiyaya düzgün siqnal göndərmək üçün xüsusilə vacibdir. 

Qeyd edək ki, Finlandiya və İsveçi NATO-ya qəbulu üçün Türkiyə üzvlük protokolunu ratifikasiya etməlidir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO