“Taxıl sazişi bitir, onu yeniləmək lazımdır” - ÇAVUŞOĞLU 

“Taxıl sazişi bitir, onu yeniləmək lazımdır” - ÇAVUŞOĞLU 

Hazırda oxunan: “Taxıl sazişi bitir, onu yeniləmək lazımdır” - ÇAVUŞOĞLU 

102718

“Türkiyə taxıl ixracının fasiləsiz şəkildə davam etdirilməsi üşün lazım olan səyləri göstərməyə davam edəcək”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı zamanı bildirib. 

O, Qara dənizdən taxıl ixracatının bərpasına da toxunub:

“Qara dənizdən taxıl ixracatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində bərpa olundu, lakin bu sazişin vaxtı 20 gün sonra bitəcək və onu yeniləmək lazımdır”. 
Çavuşoğlu, Ukrayna müharibəsində Türkiyənin mövqeyinin dəyişmədiyini, Ukraynanın ərazi bütövlüyü və suverenliyini güclü şəkildə dəstəklədiklərini də vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO