İran Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanına hücum edəcəkləri ilə bağlı yayılan məlumatlarlara münasibət bildirib.
Bizim.Media xəbər verir ki, XİN sözçüsü Nasir Kənani yayılan məlumatları təkzib edib.
O bildirib ki, bu tip xəbərlər bəzi Qərb dairələri tərəfindən İrana qarşı mənfi atmosfer yaratmaq və region ölkələri ilə mövcud müsbət tendensiyaları məhv etmək məqsədi daşıyır:
“İran qarşılıqlı hörmət əsasında, beynəlxalq prinsiplər və qaydalar çərçivəsində mehriban qonşuluq siyasətini davam etdirir. Eyni zamanda İran qonşuları ilə konstruktiv qarşılıqlı fəaliyyətin qurulmasını, regionda sabitlik və təhlükəsizliyin bərqərar olmasına çalışır”.
Qeyd edək ki, ötən gün “The Wall Street Journal”da İranın üçün Səudiyyə Ərəbistanına mümkün hücumu barədə xəbər dərc edilib.Nəşrdə İranın ölkədəki etiraz aksiyalarından diqqəti yayındırmaq məqsədilə bu addımı atacağı qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:11 / 02.11.2022
İrandan Səudiyyə Ərəbistanına hücumla bağlı iddialara CAVAB
Hazırda oxunan: İrandan Səudiyyə Ərəbistanına hücumla bağlı iddialara CAVAB
Hazırda oxunan: İrandan Səudiyyə Ərəbistanına hücumla bağlı iddialara CAVAB
102516
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.