ABŞ və Rusiya arasında

ABŞ və Rusiya arasında "gizli müharibə" gedir

Hazırda oxunan: ABŞ və Rusiya arasında "gizli müharibə" gedir

102515

ABŞ və Rusiya arasında uzun müddətdir “gizli müharibə" gedir. 

Bizim.Media xəbər verir ki, bu barədə “19FortyFive” nəşrinin ABŞ-Rusiya münasibətlərindən bəhs edən yazısında qeyd olunub.  

Yazıda bildirilib ki, bu, Ukraynadakı xüsusi əməliyyatlardan daha əvvəl başlayıb və kiberməkanda müharibə adlanır.  

Qeyd olunub ki, ABŞ dünyanın müxtəlif ölkələrinə fəal şəkildə öz kibermütəxəssislərini göndərir. Xüsusən də Ukraynaya Rusiyadan gələn kiberhücumları dəf etməkdə kömək edən amerikalı mütəxəssislər olub. 

Məlumata görə, Rusiya Ukraynanın kompüter şəbəkələrini sıxışdıra bilməyib və bu məsələdə Ukrayna ABŞ-dan yardım alıb. Eyni zamanda, amerikalı kibermütəxəssislər təkcə Ukraynada işləmirlər. 

"2018-ci ildən amerikalı mütəxəssislərdən ibarət komandalar Avropa, Yaxın Şərq və Hind-Sakit okean regionunun 20 ölkəsinə göndərilib" deyə məqalədə bildirilib.  

Ekspert Cim Purtilonun fikrincə, ABŞ-ın kiberməkanda bu cür fəaliyyəti təəccüblü olmamalıdır, çünki bu, istənilən böyük dövlət üçün təbii davranışdır. Purtilo, həmçinin qeyd edib ki, gələcəyin münaqişələrində kibersferanın rolunu çox qiymətləndirmək çətindir:
“Tarixən ABŞ müharibə ilə necə mübarizə aparacağını tapmaq üçün həmişə əla iş görüb, lakin indi nəzəriyyələrin növbəti müharibədə nə qədər yaxşı işləyəcəyini anlamaq imkanı var. Bu gün Ukraynada amerikalı mütəxəssislərin təcrübəsindən götürülmüş bir çox taktika və texnologiya sınaqdan keçirilir". 

Elvira Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO