Parisdə Ukraynaya dəstək məqsədilə beynəlxalq konfrans keçiriləcək

Parisdə Ukraynaya dəstək məqsədilə beynəlxalq konfrans keçiriləcək

Hazırda oxunan: Parisdə Ukraynaya dəstək məqsədilə beynəlxalq konfrans keçiriləcək

102357

Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenski telefonla danışıb. 

Bizim.Media xəbər verir ki, bu haqda Yelisey sarayı məlumat yayıb. 

Məlumata görə, Makron və Zelenski Zaporojya Atom Elektrik Stansiyasındakı və Ukraynadakı son vəziyyəti müzakirə ediblər. 

Danışıq zamanı Makron, xüsusilə hava hücumundan müdafiə ilə bağlı Ukraynaya hərbi dəstəyi mümkün qədər tez artırmaq üçün səfərbər olduqlarını qeyd edib. 

Bildirilib ki, danışıq zamanı Makron  Rusiyanın Ukrayna taxılının dəniz dəhlizi ilə ixracına dair sazişi dayandırması qərarından təəssüfləndiyini qeyd edib. 

“Fransa və Ukrayna dekabrın 12-də ikitərəfli konfrans keçirmək qərarına gəliblər. Dekabrın 13-də Parisdə Ukraynanın vətəndaş müqavimətini dəstəkləmək üçün beynəlxalq konfrans keçiriləcək”,-deyə məlumatda bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO