İsveç və Finlandiyanın hökumətləri NATO-ya qəbul olunsalar, ölkələrində nüvə silahının yerləşdirilməsinə etiraz etməyəcəklər.
Bizim.Media "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə İsveç və Finlandiyanın baş nazirləri Helsinkidə keçirilən birgə konfransda bildiriblər.
"İsveç və Finlandiya alyansa daxil olarkən NATO bazalarına və ya nüvə silahlarına ev sahibliyi etməkdən imtina etməmək niyyətlərini bir daha təsdiqləyir",- deyə siyasətçilər vurğulayıb.
Finlandiyanın baş naziri Sanna Marin jurnalistlərə bildirib ki, ölkəsi "heç bir qapını bağlamaq" istəmir və NATO-ya üzvlük üçün heç bir ilkin şərt" olmamalıdır.
"Bloomberg" yazır ki, NATO-ya qoşulması müttəfiq parlamentlər tərəfindən ratifikasiya mərhələsində olan iki Skandinaviya ölkəsində indiyədək nüvə başlıqlarının və ya təşkilatın daimi qoşunlarının yerləşdirilməsi ilə bağlı heç bir təklif irəli sürülməyib.
Nəşr qeyd edir ki, Baltikyanı ölkələrin bazalar üçün illərlə etdiyi müraciətlər alyans tərəfindən diqqətdən kənarda qalıb və NATO üzvlərinin yalnız bir neçəsi ABŞ-ın nüvə silahına malikdir.
Marin bildirib ki, Skandinaviya ölkələri Türkiyə və Macarıstan tərəfindən üzvlüklərinin ratifikasiyasını gözlədikləri üçün bu məsələ Finlandiyada aktiv müzakirə olunmur.
İsveçin Baş naziri Ulf Kristersson də finlandiyalı həmkarının fikirlərini dəstəkləyib və qeyd edib ki, Finlandiya və İsveçin bu məsələlərdə birlikdə hərəkət etməsi və vahid rəsmiləşdirməyə riayət etməsi olduqca təbiidir: "Finlandiya və İsveç eyni nəticələr çıxarmalı və alyansın bütün imkanlarını “qəbul etməlidir”.
Elvira Murad, Bizim.Media
- A-
- A
- A+
Dünya
00:09 / 02.11.2022
Bu ölkələr ərazilərində nüvə silahı yerləşdirilməsinə etiraz etmirlər - Şərtləri var
Hazırda oxunan: Bu ölkələr ərazilərində nüvə silahı yerləşdirilməsinə etiraz etmirlər - Şərtləri var
Hazırda oxunan: Bu ölkələr ərazilərində nüvə silahı yerləşdirilməsinə etiraz etmirlər - Şərtləri var
102346
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.