Medvedev Ukraynanı HƏDƏLƏDİ – “Qalib gəlsələr nüvə müharibəsi başlayacaq”

Medvedev Ukraynanı HƏDƏLƏDİ – “Qalib gəlsələr nüvə müharibəsi başlayacaq”

Hazırda oxunan: Medvedev Ukraynanı HƏDƏLƏDİ – “Qalib gəlsələr nüvə müharibəsi başlayacaq”

102313

Medvedev Ukraynanı qalib gələcəyi təqdirdə nüvə silahı ilə hədələyib. 

Bizim.Media xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini bu barədə şəxsi teleqram kanalında yazıb. 

Medvedev bildirib ki, Rusiyanın məğlub olması bir ölkə kimi mövcudluğuna son verilməsi demək olacaq:

"Əgər bu müharibədə Rusiya qalib gəlmirsə, deməli, Ukrayna qələbə çalır. Ukraynanın müharibədə məqsədini isə Kiyev rejimi əvvəllər onlara məxsus olan bütün ərazilərin geri qaytarılması kimi adlandırır. Bu isə  dövlətimizin mövcudluğuna və indiki Rusiyanın dağılmasına təhlükədir”. 

“Buna görə də Rusiya Federasiyası nüvə silahına əl atmalı olacaq. Ukraynanın bu davranışları nüvə silahından istifadəyə sövq etməklə dünya müharibəsinin birbaşa təxribatı deyilsə, nədir?”,-deyə Medvedev qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO