Ərdoğanla Putin taxıl sazişini MÜZAKİRƏ ETDİLƏR 

Ərdoğanla Putin taxıl sazişini MÜZAKİRƏ ETDİLƏR 

Hazırda oxunan: Ərdoğanla Putin taxıl sazişini MÜZAKİRƏ ETDİLƏR 

102306

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya rəhbəri Vladimir Putin arasında telefon danışığı baş tutub. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə prezidentinin ofisindən məlumat verilib. 

Məlumata görə, iki ölkə başçıları Türkiyənin vasitəçiliyi ilə imzalanmış taxıl sazişini müzakirə ediblər.  

Ərdoğan qeyd edib ki, taxıl müqaviləsi ətrafında yaranan çətinliklər konstruktiv yanaşma ilə həll olunacaq.

O həmçinin bildirib ki,Türkiyə taxıl müqaviləsinin həyata keçirilməsi ilə bağlı problemlərin həlli üçün təşəbbüs göstərməyə davam edir. 

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Ukraynanın taxıl dəhlizinin təhlükəsizliyini təmin edən Qara Dəniz Donanmasının gəmilərinə hücum etməsindən sonra Ukrayna ilə imzalanmış “Taxıl sazişi”ndə iştirakını dayandırdığını açıqlayıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO